“Biz tək qaldıq, hamı qorxur” - Zelenski 

09:00 25.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Biz tək qaldıq, heç kim bizim üçün döyüşmək istəmir”.

Hafta.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Bizi NATO-ya qəbul etmək istəmirlər, təhlükəsizlik zəmanəti verməkdən qorxurlar. 27 Avropa liderindən Ukraynanın NATO-ya üzv olub-olmayacağını soruşdum, birbaşa soruşdum. Hamı qorxur, cavab vermirlər. Biz heç nədən qorxmuruq. Rusiyadan qorxmuruq.

İndi ölkənin taleyi ordumuzdan və xalqımızdan, sizin müdrikliyinizdən və Ukraynanın dostlarının böyük dəstəyindən asılıdır”, - deyə Zelenski bildirib.